Britaniyada 137 illik ənənəyə səs-küy səbəbindən son qoyulub

30-11-2024, 16:18           
Britaniyada 137 illik ənənəyə səs-küy səbəbindən son qoyulub
Britaniyada 137 il davam edən ənənəyə səs-küylə bağlı şikayət səbəbindən son qoyulub.

Bu barədə "RİA Novosti" xəbər verir.

Məlumata görə, Birkenhed şəhər meriyasının qülləsindəki saat əvvəlki 15 dəqiqəlik interval əvəzinə indi saatda bir dəfə səslənəcək.

Bu qərar yerli sakinlərdən birinin saatın səsinin ucalığı və tezliyi ilə bağlı narazılığından sonra qəbul edilib. Yerli hakimiyyət orqanları tərəfindən aparılan araşdırma səs-küy səviyyəsinin yol verilən normaları aşdığını təsdiqləyib.

Bəzi şəhər sakinləri bu qərara qarşı çıxaraq, saatın səsinin onların gündəlik həyatının bir hissəsinə çevrildiyini qeyd ediblər. Yerli irs uğrunda kampaniyanın iştirakçısı Filip Barton bildirib ki, bir çox yerli sakinlər saatın daha müntəzəm çalmasını qiymətləndirir və "onunla yaşayırlar".

Qeyd edək ki, Birkenhed şəhər meriyası 1887-ci ildə yerli memar Çarlz Ellison tərəfindən şotland qraniti və hazırda doldurulmuş yerli Storeton karxanasından çıxarılan qumdaşından istifadə edilərək tikilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru