Danimarka xarici bayraqların qaldırılmasını məhdudlaşdırılır

5-12-2024, 17:34           
Danimarka xarici bayraqların qaldırılmasını məhdudlaşdırılır
Danimarka parlamenti 2025-ci il yanvarın 1-dən ölkədə xarici dövlətlərin bayraqlarının dalğalanmasını məhdudlaşdıran yeni qanun qəbul edib.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, “The Local” qəzetinin məlumatına görə, ədliyyə naziri Peter Hummelqaard verdiyi yazılı açıqlamada sözügedən qanunun parlament tərəfindən qəbul edildiyini açıqlayıb.

Hummelgaard: "Mən məmnunam ki, Parlament Danimarkada bayraqların qaldırılması qaydalarına yenidən baxıb və ölkədə bir qayda olaraq, yalnız dövlət bayrağı dalğalana biləcək", - deyib.

Hummelgaard Danimarka bayrağının ölkənin ən mühüm milli simvolu olduğunu vurğulayıb: “Bayraq danimarkalıları bir xalq kimi birləşdirir və xüsusi statusa malik olmalıdır”, - deyə o qeyd edib.

Sözügedən hüquqi tənzimləmədə Finlandiya, Farer adaları, Qrenlandiya, İslandiya, Norveç, İsveç və Almaniyanın bayraqları ilə yanaşı, Birləşmiş Millətlər Təşkilatı və Avropa Birliyi kimi regional və ya beynəlxalq təşkilatların bayraqları da əhatə dairəsindən çıxarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru