Britaniya Ukraynaya növbəti yardım tranşını ayırıb

18-12-2024, 08:18           
Britaniya Ukraynaya növbəti yardım tranşını ayırıb
Böyük Britaniya hökuməti Ukraynaya əlavə olaraq 35 milyon funt sterlinq (təxminən 44,5 milyon ABŞ dolları) ayırıb.

Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, bu vəsait Ukraynada enerji infrastrukturunun bərpası və ölkə sakinlərinə humanitar yardımın göstərilməsi üçün nəzərdə tutulub.

“Londonun təqdim etdiyi maliyyə paketinin 20 milyon funt-sterlinqi (25,4 milyon ABŞ dolları) ölkənin enerji ehtiyaclarının təcili olaraq ödənilməsi və xəsarət alan enerji şəbəkələrinin təmiri, eləcə də onların mühafizəsi tədbirləri üçün istifadə edilməlidir”, – məlumatda deyilir.

Bu vəsait Ukraynanı əlavə 20 MVt güclə təmin edəcək layihənin həyata keçirilməsi üçün də istifadə olunacaq

15 milyon funt sterlinq (19,1 milyon ABŞ dolları) isə qış fəslində vətəndaşların ən həssas təbəqəsinə humanitar yardım göstərmək üçün nəzərdə tutulub. Bu vəsaitin bir hissəsi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının ofisi vasitəsilə təmin ediləcək(report).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru