Gürcüstanda partiya liderinə sui-qəsd: Avtomobili partladıldı –FOTO

5-10-2016, 09:53           

Bu gün Tiflisdə axşam radələrində "Milli Hərəkat" partiyasının liderlərindən biri olan Givi Tarqamadzenin avtomobilində partlayış baş verib. Hadisə ilə bağlı Givi Tarqamadze “Rustavi 2” televiziyasına açıqlama verib. O, avtomobilinin məsafədən idarə olunan qurğu vasitəsi ilə partladıldığını bildirib. Hadisə nəticəsində avtomobilin sürücüsü və iki nəfər xəsarət alıb. Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilir.

"Mənim avtomobilim qaz ilə işləyir, məlumat yayılıb ki, guya avtomobildə qaz balonu partlayıb. Bu, həqiqət deyil. Avtomobilim uzaqdan idarə edilən partlayıcı qurğu ilə partladılıb”, – deyə G. Tarqamadze qeyd edib.

G. Tarqamadze son günlər ona qarşı telefon zəngləri ilə təhdidlər olubmu sualını cavablandırmaq istəməyib.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır. (APA)
Gürcüstanda partiya liderinə sui-qəsd: Avtomobili partladıldı –FOTO












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru