ABŞ-dan Türkiyə əleyhinə açıqlama

5-10-2016, 15:58           
ABŞ-dan Türkiyə əleyhinə açıqlama
İŞİD-ə qarşı döyüşən koalisiya qüvvələrinin amerikalı sözçüsü polkovnik Con Doriyan Türkiyə-İraq gərginliyi haqda danışıb.

Axar.az xəbər verir ki, o, türk əsgərlərinin İraq torpaqlarında yerləşməsinin qanuna zidd olduğunu bildirib.

“Bildiyiniz kimi, koalisiya qüvvələrinə daxil olan bəzi ölkələr əməliyyatlara İraq hökumətinin icazəsi ilə başlayıb. Bu ölkələr İŞİD-ə həm havadan, həm də qurudan zərbələr endirir. Türk əsgərlərinin isə İraqda olması qeyri-qanunidir, çünki İraq hökuməti buna icazə verməyib”, - deyə polkovnik məsələni şərh edib.

Xatırladaq ki, İraq parlamenti Türkiyə ordusunun Mosulun Başika düşərgəsindəki fəaliyyətinin qəbuledilməz olduğunu açıqlayıb. Verilən açıqlamada İraq hökumətinin Türkiyə parlamentinin ordunun Başikada qalma müddətinin uzadılması ilə bağlı qərarını tanımadığı bildirilib. Bundan dərhal sonra İraqın Ankaradakı səfiri Hişam Əli Əkbər İbrahim əl-Ələvi Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru