Ermənistan mətbuatı və sosial şəbəkələrində sensasion iddia - Gərgin döyüş gedib və erməni ordusu 2 postu boşaldıb...
5-10-2016, 18:27
Ermənistan KİV-də yayılan xəbərlərə görə, Ermənistanın işğal altında saxladıqları Dağlıq Qarabağda dislokasiya olunmuş hərbi hissələri sentyabr ayının 26-sı gecə saatlarında gözlənilmədən döyüş hazırlığı vəziyyətinə gətirilib.
Avropa.info xəbər verir ki, erməni mətbuatında cari ilin 26-29 sentyabr tarixlərində Dağlıq Qarabağ ərazində dislokasiya olunmuş hərbi hissələrin birində polkovnik Cəlal Harutyunyanın rəhbərliyi ilə guya müdafiə döyüşünün idarə edilməsi təliminin keçirilməsi barədə xəbər yayılıb. Lakin sosial şəbəkənin erməni istifadəçiləri xəbərə yazılan şərhlərdə bildiriblər ki, əslində bu təlim deyil Azərbaycan ordusu ilə atışma olub. Sosial şəbəkənin Ruben Armenoid adlı erməni istifadəçisi həmin gün erməni ordusunun 2 postdan qaçdığı barədə şərh yazıb. Yazılan digər şərhlərdə gecə atışma səslərinin gəldiyi və uzun müddət davam etdiyi bildirilib.
Qeyd edək ki, Ermənistanın Müdafiə naziri Seyran Ohanyan 3 oktyabr 2016-cı il tarixində vəzifəsindən uzaqlaşdırılıb. Erməni ekspertlər S. Ohanyanın vəzifədən getmə səbəbinin cari ilin aprel ayında Ermənistan ordusunun ağır itkilər verərək geri çəkilməsi olduğunu bildiriblər.