Gülnarənin adından məktub yayıldı - “Tezliklə öləcəyəm...”

6-10-2016, 09:47           

"Twitter"də özünü Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova kimi təqdim edən şəxsin adına hesab açılıb.

XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Afina adlı istifadəçi artıq sözügedən hesabla iki məktub paylaşıb. O, ilk məktubunda anasına müraciət edərək “Tezliklə öləcəyəm... Eşit ana... Daha bacarmıram” yazıb.

Daha sonra isə “Artıq qana vərdiş etmişəm. Damarlarımı kəsməyin vaxt gəlib” yazıb.

Məktubunda onu qızı İmandan ayırdıqlarını və atası ilə vidalaşmağa qoymadıqlarını da bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru