Terror təşkilatı sülh bağladı – xalq rədd etdi

6-10-2016, 10:27           

Kolumbiyanın Prezidenti Cuan Manuel Santos FARK terror təşkilatı ilə sülh bağlanması haqda referendumun rədd edilməsindən sonra atəşkəsin ayın sonuna qədər davam edəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, Santos müzakirə heyətini FARK ilə müzakirələri davam etmək üçün Havanaya göndərib. 31 oktyabrdan sonra atəşkəsin davam edib-etməyəcəyi isə bilinmir.

Kolumbiyada tarixi atəşkəs müqaviləsini rədd edən müxalifət də daxil olmaqla, bütün tərəflər sülh istədiklərini bəyan ediblər. Lakin referendumda “yox” kampaniyasının rəhbəri, keçmiş prezident Alvaro Urayb terror təşkilatına çox yumşaq davranıldığını bildirərək, müqavilə mətninin dəyişdirilməsini istəyir.

Hökumət müqaviləni rədd edən müxaliflərlə müzakirə üçün ayrı bir heyət yaradıb.

Müqavilə təsdiqlənərsə, FARK terror təşkilatı partiya yaradıb 6 aya mülki siyasi proseslərə qatılmağı planlaşdırır.

Qeyd edək ki, FARK terror təşkilatı ötən həftə 52 illik daxili müharibəni sonlandıracaq sülh müqaviləsi imzalamışdı. Ancaq bazar günü keçirilən referendumda 50, 24 faiz səslə müqavilə rədd edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru