ABŞ-da "ikinci Snouden" həbs edilib

6-10-2016, 11:12           

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin əməkdaşları məxfi məlumatları oğurlayan Harold Martini həbs ediblər.

FaktXəbər-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti yazıb.

Məlumatda bildirilir ki, yerli KİV-lər tutulan şəxsi "ikinci Snouden" adlandırıblar.

Məlumatda həmçinin qeyd edilib ki, o, istənilən ölkənin dövlət şəbəkələrinə daxil ola biləcək xüsusi proqram kodlarını oğurlayıb.

Qeyd edək ki, hazırda ABŞ-ın xüsusi xidmət orqanları bu cinayətin motivlərini araşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru