"Mən hətta belə bir ayıya ərə getmişəm, bizim tüklü ayı qızımız var"

6-10-2016, 15:51           
"Mən hətta belə bir ayıya ərə getmişəm, bizim tüklü ayı qızımız var"
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ vitse-prezidentliyinə namizəd Maykl Pensin açıqlamasına qarşılıq olaraq özünü ayı ilə müqayisə edib.

Avropa.info xəbər verir ki, Pens Rusiyanı heç vaxt ölməyən, sadəcə yuxuya gedən ayı ilə müqayisə etmişdi.

“Diqqət! Etiraf zamanı gəldi. Mən heç zaman ölməyən, vaxtaşırı qış yuxusuna gedən ölümsüz rus ayısıyam. Tək mən belə deyiləm. Bir çox rus ayısı mənə oxşayır. Mən hətta belə bir ayıya ərə getmişəm, bizim tüklü ayı qızımız var. Bal yeyir və məzəli olmağa çalışıram. Sizləri də rus ayısı ürəyimlə sevirəm” – Zaxarova “Facebook” səhifəsində belə yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru