Rusiyadan rəsmi açıqlama- ABŞ-ın raketlərini vuracağıq

7-10-2016, 09:17           

Suriyada Əsəd rejiminin ordusuna qarşı ABŞ-ın başçılıq etdiyi koalisiyadan endirilcək istənilən zərbənin qarşısını alacağıq.
Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Nazirliyin nümayəndəsi bildirir ki, ABŞ raketlərinin istənilən zərbəsi üçün Rusiyanın raketdən müdafiə qurğuları sürpriz ola bilər. Xmeymim və Tartusda yerləşən Rusiya hərbi bazalarında S-300 və S-400 raketdən müdafiə qurğuları var. Raket və havadan endiriləcək zərbələr Suriya hökumətinin nəzarət etdiyi ərazidə Rusiya hərbçiləri üçün aşkar təhlükə yaradacaq.
Qeyd edək ki, Rusiyanın raketdən müdafiə sistemləri Suriyada aktiv vəziyyətə gətirilib.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru