Dünya borc içindədir - BVF

7-10-2016, 09:53           

Dünya iqtisadiyyatı borc çuxurundadır. Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamasına görə, ötən il dünya ölkələrinin ümumi borcu 152 trilyon dolları keçib. Bu, qlobal ümumi daxili məhsulun 225 faizi deməkdir.
Fondun “Fiscal Monitor” məruzəsinə əsasən, hazırda dövlət borclarının dünya iqtisadiyyatına yüklənməsi Böyük Depressiya zamanında olduğundan daha artıqdır.
Borcun ümumi məbləğinin 2/3 hissəsi, təxminən 100 trilyon dolları özəl sektorun payına düşür. BVF bu göstəricinin sürətlə artmasının çox zaman maliyyə böhranı astanasında müşahidə olunduğunu qeyd edir.
Məruzədə vurğulanır ki, 2008-2009-cu illər böhranından əvvəl bir çox dövlətlər xeyli vəsait xərcləyərək borca girirdilər. Lakin iqtisadiyyatdakı artım inflyasiya ilə birgə zəiflədi və inkişaf etmiş ölkələrin mərkəzi bankları kredit üzrə faiz dərəcələrini tarixi minimuma qədər aşağı salmağa məcbur oldu. Bir tərəfdən kreditin əlçatan olması, digər tərəfdən isə onun iqtisadi artıma çevrilməməsi vəziyyəti bir qədər də ağırlaşdırdı.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru