Rusiyadan NATO-ya dəstək – Moskva siyasətini dəyişir?

7-10-2016, 10:30           
Rusiyadan NATO-ya dəstək – Moskva siyasətini dəyişir?
NATO-nun dörd batalyonunun Şərqi Avropada yerləşdirilməsi Rusiya üçün təhlükə kəsb etmir və bu, dövlətlərarası münasibətlərə təsir edə bilməz.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Kelin söyləyib. Onun sözlərinə görə, Moskva NATO-nun Varşava sammitinin qərarlarının icrasını diqqətlə izləyir.

Qeyd edək ki, Rusiya bundan öncə NATO batalyonlarının Baltikyanı ölkələrdə yerləşdirilməsini özü üçün təzyiq adlandırıb. Moskva Qərbin bu planına qarşı cavab addımı atılacağını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru