Danimarka Qrenlandiyadakı aviabazasını gücləndirməyi planlaşdırır

17-01-2025, 12:44           
Danimarka Qrenlandiyadakı aviabazasını gücləndirməyi planlaşdırır
Danimarka Silahlı Qüvvələri Qrenlandiyanın paytaxtı Nuukdan 300 km şimalda yerləşən Kangerlussuaqdakı aviabazasını gücləndirməyi planlaşdırır.

“Report”un məlumatına görə, bu barədə “TV2” telekanalı hərbi komandanlığın “Arktikada və Şimali Atlantikada müdafiə tapşırıqlarının icrasının gücləndirilməsi” adlı məxfi hesabatına istinadən xəbər verir.

Qeyd olunub ki, sözügedən məsələ hazırda müdafiə üzrə davam edən siyasi danışıqların əsasını təşkil edir:

“Danimarkanın siyasəti Arktikanı aşağı gərginlik zonası olaraq saxlamaqdan ibarətdir. Lakin hərbi komandirlər bu siyasətin əleyhinədir və gələcəkdə daha aktiv hücumda iştirak etməyi tövsiyə edirlər”.

Məlumata görə, Kangerlussuaqda baza tikmək planlarının dəyəri 1,1 milyard krondan (150 milyon dollar) çoxdur.

Xatırladaq ki, yanvarın 10-da Danimarkanın parlament partiyaları hökumətin Arktikada mövcudluğunu gücləndirmək niyyətini təsdiqləyib, onu lazımi vəsaitlə dəstəkləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru