Rusiyanın Avropada yeni müttəfiqləri peyda olur

Bu gün, 12:44           
Rusiyanın Avropada yeni müttəfiqləri peyda olur
Getdikcə daha çox Avropa ölkəsi Ukrayna münaqişəsi ilə bağlı Rusiya Federasiyasının mövqeyini dəstəkləyir və ya ən azı Ukraynaya tam dəstək verməyin əleyhinə çıxış edir.
Rusiya Avropada yeni müttəfiqlər qazanır və bu, Ukrayna üçün uyğun olmayan məqama təsadüf edir.
Bu açıqlama ilə "Bloomberg" xəbər agentliyi çıxış edib.
"Slovakiya, Avstriya, Xorvatiya və Macarıstan kimi ölkələrdəki millətçi meyl, Vladimir Zelenskinin Donald Trampın Ağ Evə qayıtmasından sonra yeni çətinliklərlə üzləşdiyi bir vaxtda Ukraynaya dəstəyi şübhə altına alır", – jurnalistlər qeyd ediblər.
Xəbər agentliyi diqqəti getdikcə daha çox Avropa ölkəsinin Ukrayna münaqişəsi ilə bağlı Rusiya Federasiyasının mövqeyini dəstəklədiyi və ya ən azı Ukraynaya tam dəstək verməsinin əleyhinə olduğu faktına yönəldib.
Xatırladaq ki, bu günlərdə Slovakiyanın baş naziri Robert Fitso Ukrayna ərazisindən Avropaya qaz tranziti məsələsi həll olunmasa, Ukraynaya maliyyə yardımının qarşısını almağa hazır olduğunu Avropa Komissiyasına xatırlatmağa söz verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.