Dünyanın alkoqol düşkünü olan bölgəsi açıqlandı

4-02-2025, 12:31           
Dünyanın alkoqol düşkünü olan bölgəsi açıqlandı
Avropa İttifaqı (Aİ) dünyada ən çox spirtli içki istehlak edən regiondur.

Oxu.Az-ın məlumatına görə, bu barədə fevralın 3-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Mətbuat Xidməti açıqlama verib.

ÜST-dən bildirilib ki, Avropa İttifaqında (Aİ) alkoqol istehlakı son on ildə dəyişməz qalıb, bu da Aİ-ni dünyada ən yüksək alkoqol istehlakına sahib region edir. Hazırda Aİ alkoqol istehlakını azaltmağa yönəlmiş qlobal və regional hədəflərə çatmaqdan uzaqdır.

Həmçinin qeyd olunub ki, mütəxəssislər alkoqol istehlakının azaldığı və ya aşağı səviyyədə qaldığı ölkələrin təcrübəsini öyrənmək üzərində çalışırlar.

Son məlumatlara görə, dünyanın ən çox spirtli içki istehlak edən ölkələri sırasına Latviya və Litva başçılıq edir. Baltikyanı ölkələrin sakinləri ildə orta hesabla 12 litr spirtli içki istehlak edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru