"Time" jurnalının fevral buraxılışının üz qabığını Ağ Evdə ABŞ prezidentinin masasında oturan sahibkar İlon Maskın şəkli bəzəyəcək.
Bu barədə gazeta.ru məlumat verib.
Üz qabığında Mask dövlət başçısının adətən Ağ Evin Oval kabinetində işlədiyi masa arxasında oturmuş, arxasında iki bayraq - ABŞ və ölkə prezidentinin bayrağı təsvir olunub.
Jurnal vurğulayır ki, heç bir fərdi şəxs ABŞ hökumətinin aparatı üzərində bu qədər gücə malik olmayıb.