HƏMAS bu həftə sonu azad edəcəyi 3 israilli girovun adını açıqlayıb

Bu gün, 09:38           
HƏMAS bu həftə sonu azad edəcəyi 3 israilli girovun adını açıqlayıb
HƏMAS militant qrupu, İsraillə atəşkəsə sadiqliyini ifadə edəndən sonra bu həftə sonu fələstinli məhbuslar müqabilində azad edəcəyi üç girovun adını açıqlayıb.

HƏMAS-ın bildirdiyinə və İsrail rəsmilərinin təsdiqlədiyi məlumata əsasən, girovlar İsrailin cənubuna Kibbutz Nir Ozun sakini 36 yaşlı israilli amerikalı Saqui Dekel Çen vaar. Bildirilir ki, Çen HƏMAS-ın 2023-cü il 7 oktyabr terror hücumunda militantlara müqavimət göstərərkən girov götürülüb. Bundan iki ay sonra onun və həyat yoldaşı Avitalın üçüncü qızları dünyaya gəlib.

Bundan əlavə Kibbutz Nir Ozun 29 yaşlı sakini Saşa Toufanov da azad ediləcək. O, 2023-cü ilin oktyabrında anası Elena, nənəsi İrina Tati və qız dostu Sapir Kohen ilə birlikdə qaçırılıb ki, onlar bir ay sonra razılıq çərçivəsində sərbəst buraxılıb. Atası Vitali isə HƏMAS-ın hücumu zamanı öldürülüb. Ailə İsrailə 25 il öncə Rusiyadan emiqrasiya edib.

Üçüncü girovun isə Kibbutz Nir Ozdan 46 yaşllı israilli argentinalı İair Horn olduğunu bildirilib. O, oktyabrın 7-də qardaşı Eitan ilə birlikdə qaçırılıb. Amma qardaşı hazırdı girov mübadiləsinə daxil edilməyib.

Girovların azad ediləcəyi şübhə altında idi

HƏMAS İsraili razılaşmanı pozmaqda və müharibəni davam etdirmək təhdidlərində ittiham etdikdən sonra növbəti girovların azad edilməsi şübhə altına alınmışdı.

"Biz Qəzza zolağında atəşkəs razılaşmasının pozulmasına maraqlı deyilik və biz onun həyata keçirilməsində və işğalın [İsrailin] buna tam əməl etməsini təmin etməkdə maraqlıyıq," HƏMAS sözçüsü Əbdül-Lətif əl-Qanua deyib.

Qanua həmçinin İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Trampın "təhdid və hədə dili" adlandırdığı şeyi tənqid edərək, onların atəşkəsin həyata keçirilməsinə kömək etmədiklərini deyib.

İsrail hökuməti daha sonra HƏMAS-ın üç girovu bu həftə sonu sərbəst buraxmalı olduğunu vurğulayıb.

“Əgər onlar üçü buraxılmasa, HƏMAS girovlarımızı şənbə günü günortaya qədər qaytarmasa, atəşkəs bitəcək,” İsrail hökumətinin sözçüsü David Menser deyib.

HƏMAS bu həftənin əvvəlində İsraili Qəzzada insanlara hava hücumlarını davam etdirmək və yardımı blok etməklə razılığı pozmaqda ittiham edib. Qrup bildirib ki, növbəti girovların azad edilməsi təxirə salınacaq.

Netanyahu bildirib ki, şənbə günü daha çox girovlar azad edilməsə, döyüşlər davam etdiriləcək, Tramp isə bazar ertəsi deyib ki, girovlar qaytarılmasa “cəhənnəm qopacaq.”

Trampın Qəzza planı

Çərşənbə günü İsrail ehtiyatda olan hərbçiləri çağırandan sonra ölkənin müdafiə naziri İsrael Katz Trampın xəbərdarlığını təkrarlayıb.

“Əgər HƏMAS girovların azad edilməsini dayandırsa, deməli, atəşkəs yoxdur və müharibə gedir. O, əlavə edib ki, döyüşlər daha şiddətli olacaq və “Trampın Qəzza ilə bağlı vizyonunu həyata keçirməyə imkan verəcək.”

Tramp ABŞ-ın Qəzzanı ələ keçirəcəyi və fələstinlilərin geri qayıtmağa haqqlarının olmayacağı planı müzakirə edib. Misir, İordaniya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, regiondakı digər ölkələr bu ideyanı rədd edib.

Trampın planına əks reaksiyalardan sonra ABŞ Dövlət katibi Marko Rubio cümə axşamı bildirib ki, Birləşmiş Ştatlar ərəb dövlətlərindən Qəzza ilə bağlı yeni təkliflər eşitmək istəyir.

"Əgər onların daha yaxşı planı varsa, indi onu təqdim etməyin vaxtıdır," Rubio mühafizəkar radio şousunda deyib.

Ötən ay atəşkəs qüvvəyə minəndən bəri ABŞ tərəfindən terror təşkilatı elan edilən HƏMAS 21 girovu, İsrail isə 730-dan çox məhbusu azad edib. Şənbə gününə nəzərəd tutulan növbəti mübadilədə İsrail tərəfindən həbs edilən yüzlərlə fələstinli məhbusun müqabilində daha üç israillinin azad edilməsinə çağırılır.

Qəzzada müharibə HƏMAS-ın 2023-cü ilin oktyabrında İsrailə qarşı 1200 insanın ölümünə və 250 nəfərin girov götürülməsi ilə nəticələnən terror hücumu ilə başlayıb. Yerli səhiyyə orqanlarının məlumatına görə, İsrailin əks-hücumunda yarısından çoxu qadın və uşaqlar olmaqla 48,200-dən çox fələstinli həlak olub. İsrail deyir ki, ölənlərin arasında 17 min militant var.

Həm İsrail, həm də HƏMAS müharibə cinayətləri törətməkdə ittiham olunur.

Birləşmiş Ştatlar cümə axşamı Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ rəsmilərini hədəf alan və İsrailin Qəzzada müharibə cinayətlər törətdiyinə dair iddialarına dair araşdırmaları ilə əlaqədar Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroruna sanksiya tətbiq edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.