BMT-nin yeni baş katibi seçilib - bu portuqaliyalı siyasətçi Antoniu Qutterişdir

13-10-2016, 19:48           
BMT-nin yeni baş katibi seçilib - bu portuqaliyalı siyasətçi Antoniu Qutterişdir
BMT-nin yeni baş katibi seçilib. APA-nın məlumatına görə, bu portuqaliyalı siyasətçi Antoniu Qutterişdir. O, vəzifəsinin icrasına gələn il yanvarın 1-dən başlayacaq və 2021-ci il dekabrın 31-nə kimi bu vəzifədə qalacaq.

Qeyd edək ki, ötən həftə BMT TŞ A. Qutterişin bu vəzifəyə təyin olunması ilə bağlı Baş Assambleyaya tövsiyə məktubu göndərib.

1949-cu il təvəllüdlü Antoniu Qutteriş 2005-ci ilin iyunundan 2015-ci ilin dekabrına kimi BMT-nin qaçqınlar üzrə ali komissarı vəzifəsini daşıyıb.
O həmçinin 1995-2005-ci illərdə Portuqaliyanın baş naziri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru