Yaponiyada meşə yanğınları yayılmağa davam edir

2-03-2025, 11:54           
Yaponiyada meşə yanğınları yayılmağa davam edir
Yaponiyanın Ofunato bölgəsində dörd gündür davam edən meşə yanğını nəticəsində 1400 hektar əraziyə ziyan dəyib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin yerli hakimiyyət orqanları məlumat yayıb.

Qeyd edilib ki, hadisə səbəbindən bu günədək 1033 nəfər təxliyyə olunub. Hazırda 700-dən çox evin elektrik enerjisi kəsilib.

Yanğın səbəbindən bölgədə bəzi qatar reysləri də ləğv edilib.

Səlahiyyətlilər bölgədə quru hava və küləklərin söndürmə işlərini çətinləşdirdiyini bildirib. Yanğın nəticəsində indiyədək bir nəfər həyatını itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru