Norveç ABŞ gəmilərinə xidmət göstərmir - SƏBƏB ZELENSKİDİR

2-03-2025, 10:51           
Norveç ABŞ gəmilərinə xidmət göstərmir - SƏBƏB ZELENSKİDİR
Norveçin Haltbakk Bunkers şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə xidmət göstərməyi dayandırıb.

Lent.az xəbər verir ki, bu barədə “Daily Express” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə buna səbəb kimi ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında mübahisə göstərilib.

“Qısaca və əsas sözlə: Biz Norveçdəki ABŞ qüvvələrinə və onların Norveç limanlarına daxil olan gəmilərinə yanacaq tədarükünü dərhal dayandırmaq qərarına gəldik”, - şirkətin bəyanatında deyilir.

Şirkət Avropa şirkətlərini də eyni addımı atmağa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru