Rusiya dezinformasiya yayır - İTTİHAM

3-03-2025, 11:14           
Rusiya dezinformasiya yayır - İTTİHAM
"Rusiya Ukrayna hərbi kəşfiyyatını (HUR) Ermənistan və Azərbaycan arasında silahlı münaqişənin qızışdırılmasına cəhddə ittiham edən dezinformasiya yayır. "The Kyiv Independent" belə yazır.
Dezinformasiya Ukraynanın müdafiə nazirinin müavini İvan Havrilyuka hesabat kimi təqdim edilən və Ermənistanın Teleqram kanallarında yayılan saxta sənədə istinadən ortaya çıxıb."
TEREF yazır ki, bu barədə Sürixdə yaşayan jurnalist Elbəyi Həsənli məlumat verir. Jurnalist daha sonra yazır:
""The Kyiv Independent" bildirir ki, Ukraynanın Azərbaycan və Ermənistanla yaxşı münasibətləri var. Müharibə başlayandan Azərbaycan Ukraynaya humanitar yardım göstərir, Ermənistan isə son vaxtlarda Ukrayna ilə yaxınlaşıb.
Yayılmış saxta hesabatda görə, Ukrayna kəşfiyyatı Rusiyanın diqqətini yayındırmaq və onun qüvvələrini parçalamaq üçün Cənubi Qafqazda yeni müharibənin alovlanmasına cəhd edir. Bu yolla Rusiyanın Ukraynaya göstərdiyi hərbi və siyasi təzyiqləri azaltmağa çalışır..."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.