Kir Starmer: "Bu, Avropanın təhlükəsizliyi üçün nəsillərin bir dəfə qarşılaşdığı məqamdır"

3-03-2025, 10:44           
Kir Starmer: "Bu, Avropanın təhlükəsizliyi üçün nəsillərin bir dəfə qarşılaşdığı məqamdır"
“Biz hamımız sizinləyik, nə qədər lazımdırsa, Ukraynanın yanındayıq”.
APA-nın xəbərinə görə, bu fikirləri London Sammitində Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.

"Guardian" yazıb ki, baş nazir bu cür situasiyalarla "hər nəslin bir dəfə qarşılaşdığını" qeyd edib: “Bu, Avropanın təhlükəsizliyi üçün nəsillərin bir dəfə qarşılaşdığı məqamdır. Ukrayna üçün yaxşı nəticə əldə etmək yalnız doğru və ya yanlış məsələ deyil. Bu, buradakı hər bir xalqın və bir çox başqalarının təhlükəsizliyi üçün çox vacibdir”.

Baş nazir əlavə edib ki, Baltikyanı ölkələrlə daha əvvəl danışıb, çünki onlar da “bizim müzakirəmizin bir hissəsidir”.

Starmer onu da vurğulayıb ki, o, Ukrayna ilə bağlı plan üzərində işləyib, daha sonra bunu ABŞ-la müzakirə edib birlikdə irəliyə aparmaq niyyətindədir.

Onun sözlərinə görə, London Sammiti "ədalətli, davamlı sülhü necə təmin edə bilərik” və Ukraynanı necə dəstəkləyə bilərik" sualına cavab axtarır: “Çünki Rusiya sülhdən danışsa da, amansız təcavüzünü davam etdirir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru