Netanyahunun evi qarşısında aksiya - Minlərlə israilli nə istəyir? + FOTO
Bu gün, 09:08
Bu gün minlərlə israilli baş nazir Benyamin Netanyahunun ailəsinin yaşadığı evinin yaxınlığında toplaşaraq aksiya keçirib. Onlar hökuməti HƏMAS ilə danışıqları davam etdirməyə və Qəzzada qalan girovları azad etməyə çağırıb.
Nümayişdə 4 ilə 7 min arasında insanın iştirak etdiyi bildirilir.
İsrail polisinin məlumatına görə, etirazçılar nəqliyyat vasitələrinin nasazlığını əsas gətirərək yolları öz maşınları ilə bağlayıblar və nəticədə tıxac yaranıb.
Nümayişçilər od və məşəl yandırdılar ki, bu da polisin fikrincə, nümayişçilərin özləri və ətrafdakılar üçün təhlükəli idi.