Misir dünyanın ən böyük hidrogen zavodunu tikir

4-03-2025, 15:34           
Misir dünyanın ən böyük hidrogen zavodunu tikir
Misirin İnvestisiya İmkanları Platforması Cənubi Sinayda dünyada ən böyük yaşıl hidrogen zavodunun tikintisi ilə bağlı layihə təqdim edib.
Ajans.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi ilə tərəfdaşlıqda inşa edilməsi planlaşdırılan layihənin ümumi dəyəri 17 milyard dollar təşkil edir.

Ümumilikdə 127 kvadratkilometr ərazidə yerləşəcək zavodda illik 400 min ton yaşıl hidrogen istehsalı nəzərdə tutulur.

Layihənin birinci mərhələsinin 2030-cu ildə, ikinci mərhələsinin 2033-cü ildə və üçüncü mərhələsinin isə 2035-ci ildə tamamlanması planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru