Finlandiya prezidenti Tramp və Zelenskiyə danışıqlardan əvvəl saunaya getməyi tövsiyə etdi

4-03-2025, 12:42           
Finlandiya prezidenti Tramp və Zelenskiyə danışıqlardan əvvəl saunaya getməyi tövsiyə etdi
"ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski Ağ Evdəki qalmaqaldan sonra finlər kimi davranmalıdırlar: sakitləşmək, saunaya getmək və sonra yenidən danışıqlara başlamaq".

Finlandiya Prezidenti Aleksandr Stubb "Bloomberg TV"yə müsahibəsində siyasətçilərə belə bir məsləhət verib.

Finlandiya liderinin sözlərinə görə, bəzi situasiyalarda ictimai diplomatiya nəticə vermir və belə vəziyyətdə finlər kimi davranmaq lazımdır.

"Dərindən nəfəs almaq, soyuq vanna qəbul etmək, saunaya getmək, hava almaq və danışıqlar masası arxasına qayıtmaq", - deyə Stubb tövsiyə edib.

Onun fikrincə, Tramp və Zelenski Ukrayna nizamlanması üzrə danışıqların yeni raundunu keçirməli və nadir torpaq metalları üzrə sazişi imzalamalıdırlar.

Finlandiya prezidenti hesab edir ki, belə bir razılaşma sülh danışıqlarına və atəşkəsə doğru addım ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru