Avropa ölkələrinin vətəndaşlarının əmanətləri müdafiə sahəsinə yönəldiləcək

Bu gün, 15:46           
Avropa ölkələrinin vətəndaşlarının əmanətləri müdafiə sahəsinə yönəldiləcək
Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) vətəndaşlarının istifadə olunmamış əmanətlərinin 10 trilyon avroluq ümumi hissəsini Avropanın militarizasiyası və hərbi-sənaye kompleksinə dəstək planlarını maliyyələşdirmək üçün səfərbər etmək yollarını tapmaq niyyətindədir.

TASS xəbər verir ki, bu barədə AK-nın Mətbuat Xidmətinin maliyyə xidmətləri və investisiyalar üzrə komissarı Mariya Luiş Albukerke bildirib.

"Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tərəfindən açıqlanan Avropanın yenidən silahlanması planı böyük ölçüdə özəl investisiyaların cəlb edilməsinə əsaslanacaq", - Albukerke qeyd edib.

Onun sözlərinə görə, Avropanın problemi istifadə edilməyən əmanətlərlə vəsaitə ehtiyacı olan müəssisələr arasında uçurumdur. Buna görə də, AK Aİ-nin İnvestisiya və Əmanət İttifaqı adlı proqramı çərçivəsində həyata keçiriləcək şəxsi vəsait sahiblərinin vəsaitlərini Aİ sənayesinə investisiya etmək üçün səfərbər etmək məqsədilə yeni sxem yaratmaq niyyətindədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.