Tramp daha bir ölkəyə yardımları dayandırır

8-03-2025, 08:34           
Tramp daha bir ölkəyə yardımları dayandırır
ABŞ prezidenti Donald Tramp Cənubi Afrika Respublikasına (CAR) ayrılan maliyyə yardımını dayandırmaq qərarına gəlib.
O, bu barədə "Truth Social" platformasında yazıb.

Trampın sözlərinə görə, bu addımın atılmasının əsas səbəbi təhlükəsizlik məsələləri olub. O, ölkəni tərk etmək istəyən CAR fermerlərinə ABŞ-yə köçmək imkanı yaradılacağını bildirib.

Tramp qeyd edib ki, fermerlər ailələri ilə birlikdə ABŞ-yə dəvət olunacaq və onlara sürətləndirilmiş vətəndaşlıq prosesi tətbiq ediləcək. Proqramın dərhal qüvvəyə minəcəyi və müraciətlərin tez bir zamanda qəbul ediləcəyi bildirilib.

Bu qərarın CAR-da torpaq islahatları və təhlükəsizlik problemləri ilə bağlı olduğu ehtimal edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru