Tramp: ABŞ nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verir

8-03-2025, 16:44           
Tramp: ABŞ nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verir
ABŞ İranla nüvə proqramı ilə bağlı razılaşmaya üstünlük verir.

TASS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox Business” telekanalına müsahibəsində bildirib.

“Mən dünən İran liderinə məktub göndərdim, İranla razılaşmaya üstünlük verirəm”, – o qeyd edib.

Tramp bir daha təkrarlayıb ki, İran nüvə silahına sahib olmamalıdır. O, Tehranın Vaşinqtonla danışıqlara gedəcəyinə ümid etdiyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.