Respublikaçılar Trampın varisini müəyyən ediblər

12-03-2025, 10:24           
Respublikaçılar Trampın varisini müəyyən ediblər
ABŞ-nin Respublikaçılar Partiyasının təxminən 40%-i ölkə konstitusiyasına düzəliş edilməsi və bunun nəticəsində Prezident Donald Trampın 18 yaşlı oğlu Berron Trampın onun siyasi varisi olması ideyasını dəstəkləyir.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti keçirilmiş sorğuya istinadən məlumat yayıb.

Nəşrin məqaləsində qeyd olunur ki, Prezident Donald Trampın kiçik oğlu Berronun respublikaçılar arasında populyarlığı artmaqda davam edir. Hətta bəzi partiya üzvləri onun prezident seçkilərində iştirakına imkan yaratmaq üçün konstitusiyaya dəyişiklik edilməsini belə müzakirə edirlər.

Hazırda Berron Trampın seçkilərdə iştirak etməsi mümkün deyil, çünki ABŞ Konstitusiyasına əsasən, prezidentliyə namizəd olmaq üçün minimum yaş həddi 35-dir. Sorğu iştirakçılarının yalnız 24%-i bu konstitusiya qaydasının ləğvinə qarşı çıxıb, 22%-i isə bu məsələyə neytral yanaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru