ABŞ-Ukrayna danışıqları başa çatıb

12-03-2025, 08:38           
ABŞ-Ukrayna danışıqları başa çatıb
ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanının Ciddə şəhərində aparılan danışıqlar başa çatıb və çərşənbə günü davam etdirilməsi planlaşdırılmır.

Bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, görüşün yekununda hər iki tərəf müzakirələrin nəticələrini ümumiləşdirən birgə bəyanat təqdim edəcək.

“Financial Times”ın məlumatına görə, müzakirələr Kiyevin müvəqqəti atəşkəslə bağlı təklifləri və ABŞ ilə faydalı qazıntılar üzrə saziş bağlamaq perspektivlərinə aid olub.

Məlumata görə ABŞ-nin Ukraynaya silah tədarükünün bərpası da görüşün mövzuları arasında ola bilər. \\APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru