Göstəriş verildi - Ukraynaya ABŞ yardımları bərpa olunur

12-03-2025, 09:28           
Göstəriş verildi - Ukraynaya ABŞ yardımları bərpa olunur
Ciddədə ABŞ-Ukrayna danışıqlarından sonra ABŞ Prezidenti Donald Tramp Kiyev administrasiyasına hərbi və kəşfiyyat yardımını dərhal yenidən başlamaq barədə göstəriş verib.

Bunu Ağ Evin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Vals keçirdiyi mətbuat konfransında açıqlayıb.

“Prezident Tramp Ukraynaya təhlükəsizlik yardımının dayandırılmasını dərhal ləğv etmək qərarına gəlib.

Onlar konkret addımlar atıb, təkliflər irəli sürüblər, nəinki bizim tam atəşkəs təklifimizi qəbul etmək. Bu müharibəni necə bitirmək barədə də ətraflı danışdıq. Prezident Tramp açıq şəkildə bildirib ki, bütün döyüşlər dayandırılmalıdır. İndi biz bunu ruslara çatdıracağıq və onların cavabını alacağıq”, - deyə Valts bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru