Britaniya uzun müddətə Ukraynada öz sülhməramlılarını yerləşdirməyə hazırdır

17-03-2025, 16:01           
Britaniya uzun müddətə Ukraynada öz sülhməramlılarını yerləşdirməyə hazırdır
Böyük Britaniyanın baş naziri Kir Starmer Britaniya hərbçilərini qeyri-müəyyən müddətə Ukraynada sülhməramlılar kimi yerləşdirməyə hazırdır.

Bu barədə “The Times” nəşri xəbər verib.

“Baş nazir sülhü qorumaq cəhdində Qərb müttəfiqləri ilə birlikdə Britaniya qoşunlarını “lazım olduğu qədər” yerləşdirməyə açıq öhdəlik götürməyə hazırdır”, – deyə nəşr yazıb.

Qeyd edilib ki, “istəklilər koalisiyası”nın müdafiə nazirləri sülhməramlı qüvvələrin harada yerləşdirilməli olduğunu “ətraflı” müzakirə etmək üçün cümə axşamı Londonda görüşəcəklər.

Bildirilib ki, İngiltərə, Fransa, Türkiyə, Kanada və Avstraliya da daxil olmaqla təxminən altı ölkə Ukraynaya 30 minə qədər hərbçi göndərmək planlarını müzakirə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru