Britaniya Suriyaya 160 milyon dollara qədər yardım edəcək

Bu gün, 11:14           
Britaniya Suriyaya 160 milyon dollara qədər yardım edəcək
Böyük Britaniyanın baş nazirinin müavini Nik Kleq Suriyaya əlavə 160 milyon dollarlıq humanitar yardım ayırdığını açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə İnterfaks məlumat verir.

BMT Baş Assambleyasında çıxış edən Kleq, beynəlxalq ictimaiyyətin böhranın siyasi həllini axtardığı bir vaxtda Suriya xalqına dəstək verilməsinin vacibliyini vurğulayıb.

O, humanitar yardımın əhəmiyyətli çatışmazlığına işarə edərək, digər ölkələri yardımın göstərilməsində fəal iştirak etməyə çağırıb.

Bu tranşla Böyük Britaniyanın böhranın əvvəlindən Suriyaya humanitar yardımının ümumi məbləği təxminən 4,8 milyard dollar olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.