Almaniya Ukraynaya əlavə 3 milyard avronun verilməsini təqdisləyib
Bu gün, 10:44
Almaniya bu il Ukraynanın müdafiəsini dəstəkləmək üçün əlavə 3 milyard avro ayırıb.
Bu barədə Almaniyanın “Focus” portalı məlumat yayıb.
Məlumata görə qərar, Bundestaqın Büdcə Komitəsi tərəfindən verilib. Qərara əsasən bundan əlavə 2026-2029-cu illər ərzində də 8,25 milyard avro miqdarında əlavə yardımın ayrılması nəzərdə tutulur.