ABŞ Yəmənin paytaxtına zərbələr endirib: Ölənlər və yaralananlar var

24-03-2025, 17:24           
ABŞ Yəmənin paytaxtına zərbələr endirib: Ölənlər və yaralananlar var
ABŞ Hərbi Hava Qüvvələri "Ənsar Allah" hərəkatının husi üsyançılarının nəzarəti altında olan Yəmənin paytaxtı Səna şəhərinə silsilə zərbələr endirib.

Oxu.Az xəbər verir ki, bu barədə üsyançılara məxsus "Al-Masirah" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, həmçinin şəhərin qərbində yaşayış massivində yerləşən bina da hədəf alınıb.

Yaşayış binasının bombalanması nəticəsində ölən və yaralananların olduğu bildirilir. Onların dəqiq sayı barədə məlumat verilmir.

Öz növbəsində "Al-Hadath" telekanalı husilərin silah anbarlarının atəşə tutulduğunu bildirib.

Xatırladaq ki, martın 15-də ABŞ Prezident Donald Trampın əmri ilə ABŞ ordusu Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən üsyançıların mövqelərinə kütləvi zərbələr endirməyə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru