Cənubi Koreya Konstitusiya Məhkəməsi Baş naziri vəzifəsinə qaytarıb

24-03-2025, 10:21           
Cənubi Koreya Konstitusiya Məhkəməsi Baş naziri vəzifəsinə qaytarıb
Koreya Respublikasının Konstitusiya Məhkəməsi Milli Assambleyanın (parlamentin) dəlilləri ilə razılaşmayaraq Baş nazir Han Dok Sunun impiçmentini rədd edib.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Nəticədə Han Dok Su vəzifəsinə bərpa olunub, həmçinin ona Prezident vəzifəsini icra edən statusu da qaytarılıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 27-də parlament hökumət başçısına impiçment elan etmişdi. Deputatlar onu 3 dekabr “qiyamına kömək etməkdə və ya şərait yaratmaqda” ittiham etmişdilər.

Han Dok Su özü israr edir ki, hərbi vəziyyətin tətbiq edilməsinə qarşı olub və dövlət başçısını bu fikirdən daşındırmağa çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru