Almaniyada qəzetdə qəribə elan: Mer axtarılır

30-03-2025, 12:47           
Almaniyada qəzetdə qəribə elan: Mer axtarılır
Almaniyanın Şimal dənizindəki Vanqeroqe adası görünməmiş kadr böhranı ilə üzləşib. Adanın tarixində ilk dəfə olaraq yerli şura qəzet elanı vasitəsilə mer axtarmağa məcbur olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Spiegel" məlumat verib.

Hazırkı məmurlar və siyasətçilər arasında namizədlərin azlığından narahat olan yerli parlamentin üç fraksiyası bu qeyri-adi addımı atmağa məcbur olub.

"İdarəetmə sahəsində mütəxəssis ixtisasına malik yeni işçilərin tapılması, hətta materikdə belə mümkün olmadığı təqdirdə, ada üçün bu, demək olar ki, mümkünsüz görünür", - məlumatda bildirilir.

Müraciət edənlər ciddi meyarlara cavab verməlidirlər: adada yaşamaq, ali təhsil və təsdiq edilmiş idarəetmə təcrübəsi. Müraciətlər iyunun ortalarına qədər qəbul edilir, seçki isə bundan iki ay sonraya təyin edilib. Yeganə namizəd ola biləcək qalib 8 il adaya idarəçilik edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru