ABŞ İranın nüvə proqramına sanksiya tətbiq edib

10-04-2025, 10:44           
ABŞ İranın nüvə proqramına sanksiya tətbiq edib
ABŞ İranın nüvə proqramına sanksiyalar tətbiq edib.
APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.

Nazirlik İslam Respublikasının nüvə proqramını dəstəklədiyi üçün İranın 5 qurumuna və bir fiziki şəxsə sanksiya tətbiq etdiyini açıqlayıb.

Bildirilib ki, sanksiyaların məqsədi İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Sanksiya tətbiq edilən qruplara İranın Atom Enerjisi Təşkilatı və onun tabeliyində olan İran Sentrifuqa Texnologiyaları Şirkəti daxildir.

"İran rejiminin nüvə silahına can atması ABŞ üçün ciddi təhdid, regional sabitlik və qlobal təhlükəsizlik üçün risk olaraq qalır. ABŞ Xəzinədarlığı İranın nüvə proqramını və daha geniş sabitliyi pozan gündəmini inkişaf etdirmək cəhdini pozmaq üçün səlahiyyətlilərimizdən istifadə etməyə davam edəcək”, - Maliyyə Naziri Scott Bessent bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru