Kiyevə kütləvi hava zərbələri endirilib - həlak olanlar və yaralananlar var

Bu gün, 11:26           
Kiyevə kütləvi hava zərbələri endirilib - həlak olanlar və yaralananlar var
Kiyevə kütləvi hava zərbələri endirilib, həlak olanlar və yaralananlar var
Rusiyanın Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində 4 mülki şəxs həlak olub, 20-dən çox insan yaralanıb. Onların arasında uşaqlar da var.

Bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.

Şəhərdə silsilə güclü partlayışlar baş verib. Paytaxtın bir sıra ərazilərində dağıntı və yanğınlar qeydə alınıb.

Axtarış-xilasetmə əməliyyatları davam edir. Həlak olanların sayının artacağı istisna edilmir.

Kiyevin Darnitski rayonunda ən azı altı obyektə, o cümlədən 5 və 16 mərtəbəli binalara, həmçinin fərdi evə və uşaq bağçasına ziyan dəyib.

Kiyevdə hava hücumu 9 saatdan çox davam edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru