Ukrayna ordusunda yenilik: 18 yaşlı gənclər səfərbər ola bilər

Bu gün, 10:44           
Ukrayna ordusunda yenilik: 18 yaşlı gənclər səfərbər ola bilər
Müharibənin əvvəlində 18 yaşlı gənclərin səfərbər olunması ordunun vəziyyətini tamamilə dəyişə bilərdi.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Maryana öz teleqram kanalında yazıb.

“Biz 18 yaşlıları dərhal səfərbər etməliydik və indi təbii proseslərə görə tamamilə fərqli bir orduya sahib olardıq,” – deyə deputat bildirib.

Onun sözlərinə görə, hazırda orduda vəziyyət fərqlidir:

“İndi generallar təqaüd yaşındadır, döyüş hissələri isə səfərbər edilən, təqaüdöncəsi yaşda olan insanlardan ibarətdir və belə bir ordu sistemli şəkildə müasirləşə bilməz”.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın baş naziri Yuliya Svırıdenko 18-22 yaş arası kişilərə tətbiq olunan səyahət qadağasının ləğv ediləcəyini açıqlamışdı. Hazırkı qanunvericiliyə görə, səfərbərlikdən yayınma beş ilədək həbs cəzası ilə nəticələnə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru