ABŞ Rusiya, Çin və Şimali Koreyaya sanksiya tətbiq etdi

Bu gün, 11:24           
ABŞ Rusiya, Çin və Şimali Koreyaya sanksiya tətbiq etdi
Birləşmiş Ştatlar Rusiya, Çin və KXDR-dən olan iki şəxsə və iki şirkətə qarşı sanksiya tətbiq edib və bildirilir ki, qeyd olunanlar Şimali Koreya hökumətinin təşkil etdiyi saxta İT sxemində iştirak edir.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məhdudiyyətlər Rusiya vətəndaşı Vitali Andreyev, Şimali Koreya vətəndaşı Kim Un Sun, həmçinin “Korea Sinjin Trading Corporation” (Pxenyan) və “Shenyang Geumpungri Network Technology” (Çin) şirkətlərinə şamil edilir.

Xəzinədarlıq Departamentinin bəyanatında qeyd olunur ki, Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bu şəxslər və təşkilatların Şimali Koreyanın İT mütəxəssislərinin xarici şirkətlərə kiberhücumlar üçün saxta sxemlərdən istifadə edərək fəaliyyətlərində iştirakına görə sanksiyalar tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru