Türkiyə üçün BÖYÜK GÜN - Ərdoğandan MÜHÜM AÇIQLAMALAR

Bu gün, 11:44           
Türkiyə üçün BÖYÜK GÜN - Ərdoğandan MÜHÜM AÇIQLAMALAR
Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən olan ASELSAN sosial media hesabında paylaşdığı “Böyük Gün 27 Avqust” mesajı ilə diqqət çəkib.

Bu gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ankara Gölbaşındakı Oğulbey Təsisində təməlqoyma və açılış mərasimi baş tutub.

Prezident Ərdoğanın çıxışında Türkiyənin çoxqatlı hava müdafiə sistemi “Çelik Kubbe” ilə bağlı mühüm yenilikləri ictimaiyyətə açıqlayıb:

“Avqust ayı xalqımız üçün xüsusi bir aydır. Bu ayda Malazgirt, Çaldıran, Moğaç kimi taleyimizi müəyyən edən əhəmiyyətli zəfərləri qazandıq. Dünən Sultan Alp Arslan və qəhrəman igidlərimizi anmaq üçün Malazgirtdə idik. Bu gün Zəfər Həftəsində daha bir qürur hissi yaşayırıq”.

"Silahlı qüvvələrimizə güc qatacaq və müdafiə sənayemizi yeni səviyyəyə daşıyacaq üç qiymətli addımı birgə həyata keçiririk. Bunlardan biri “Çelik Kubbe” sistemidir, ikincisi ASELSAN-ın 14 təsisinin açılışı, üçüncüsü isə Oğuzbey Texnologiya Bazasının elanıdır", - Ərdoğan deyib.

Türkiyə prezidenti bildirib ki, bu gün 460 milyon dollar dəyərində, ümumilikdə 47 maşından ibarət “Gök Kubbe” sistemi orduya təqdim edilib.

"Bu gün 460 milyon dollar dəyərində, ümumilikdə 47 vasitədən ibarət “Gök Kubbe” sistemlərini qəhrəman ordumuza təqdim edirik. İşləri şansa buraxmaq kimi lüksümüz olmadığını bilirik. Öz radar, hava sistemi və elektron döyüş bacarıqlarını inkişaf etdirə bilməyən heç bir ölkə mövcud təhlükəsizlik sınaqlarında gələcəyinə etimadla baxa bilməz. Masada olmaqla menyuda olmaq arasındakı incə fərqi müəyyən edən əsas amil hava müdafiə və hücum qabiliyyətlərinizdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru