UEFA Çempionlar Liqası: "Fənərbağça" turnirlə vidalaşdı VİDEO

Bu gün, 10:48           
UEFA Çempionlar Liqası: "Fənərbağça" turnirlə vidalaşdı  VİDEO
UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, son oyun günündə daha üç qarşılaşma baş tutub.

"Benfika" doğma azarkeşləri önündə "Fənərbağça"nı minimal hesabla məğlub edərək İstanbul klubunu mübarizədən kənarlaşdırıb - 1:0 (1:0).


"Brügge" ilk dəqiqələrdən azlıqda qalan "Reyncers"in qapısından 6 cavabsız top keçirib - 6:0 (9:1).

"Kopenhagen" isə "Bazel"dən üstün olmaqla adını Çempionlar Liqasının əsas mərhələsinə yazdırıb - 2:0 (3:1).

Çempionlar Liqasının liqa mərhələsində çıxış edəcək digər komandalar aşağıdakılardır:

"Liverpul", "Arsenal", "Mançester Siti", "Çelsi", "Tottenhem", "Nyukasl" (hamısı İngiltərə), "Napoli", "İnter", "Atalanta", "Yuventus" (hamısı İtaliya), "Barselona", "Real Madrid", "Atletiko Madrid", "Atletik Bilbao", "Villarreal" (hamısı İspaniya), "Bavariya", "Bayer", Ayntraxt", "Borussiya" (hamısı Almaniya), PSJ, "Marsel", "Monako" (hamısı Fransa), PSV, "Ayaks" (Niderland), "Sportinq" (Portuqaliya), "Yunion" (Belçika), "Qalatasaray" (Türkiyə), "Slaviya" (Çexiya), "Olimpiakos" (Yunanıstan), "Kayrat" (Qazaxıstan), "Qarabağ" (Azərbaycan), "Budyo-Qlimt" (Norveç), "Pafos" (Kipr).













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru