Macarıstan Aİ-ni Rusiyanın aktivlərindən Ukraynaya yardım üçün istifadə etdiyinə görə məhkəməyə verib

Bu gün, 10:18           
Macarıstan Aİ-ni Rusiyanın aktivlərindən Ukraynaya yardım üçün istifadə etdiyinə görə məhkəməyə verib
Macarıstan hökuməti Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya yardım məqsədilə istifadəsi barədə qərarını məhkəməyə verib.

32gun.az xəbər verir ki, bu barədə yerli Portfolio nəşri məlumat yayıb.

Məlumata görə, Budapeşt iddianı iyul ayında təqdim edib. Lüksemburqdakı Ümumi Yurisdiksiya Məhkəməsi işi avqustun 25-də icraata qəbul edib. Cavabdehlər qismində Avropa İttifaqı Şurası və Avropa Sülh Fondu çıxış edəcək.

Macarıstan hökuməti Şuranın qərarının ləğvini tələb edir və sənəddə bu təşəbbüsün Budapeştin mövqeyi nəzərə alınmadan qəbul olunduğu qeyd olunur.

Avropa Komissiyası isə 11 avqustda bildirib ki, Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən 1,6 milyard avro məbləğində üçüncü tranş Ukraynaya dəstək üçün ayrılıb. Gəlirlər Aİ-nin tətbiq etdiyi sanksiyalar nəticəsində dondurulmuş aktivlərdən əldə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru