ABŞ prezidenti TƏŞVİŞDƏ: Trampa qarşı genişmiqyaslı etirazlar başlayacaq

Bu gün, 10:24           
ABŞ prezidenti TƏŞVİŞDƏ: Trampa qarşı genişmiqyaslı etirazlar başlayacaq
ABŞ prezidenti Donald Trampın və onun administrasiyasının əleyhdarları ölkədə qsentyabrın 1-də qeyd olunacaq Əmək Günündə yüzlərlə nümayiş keçirməyə hazırlaşırlar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Time” jurnalı məlumat yayıb.

Jurnalın məlumatına görə, müxtəlif təşkilatlar həmkarlar ittifaqları ilə birlikdə 765 etiraz aksiyası keçirmək niyyətindədir. Bundan əlavə, respublikaçıların seçki dairələrinin yenidən planlaşdırılması ilə razılaşmayanlar milli bayramda nümayişlər keçirmək istəyirlər.

ABŞ-da Əmək Günü sentyabrın ilk bazar ertəsi qeyd olunur. Əmək günü ilk dəfə ABŞ-da 5 sentyabr 1882-ci ildə keçirilib. 1887-ci ildə Oreqonda sentyabrın ilk bazar ertəsi qeyri-iş günü elan edilib Yeddi il sonra Əmək Gününə milli bayram statusu verilməsi haqqında qanun ABŞ Konqresi tərəfindən təsdiqlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru