Rusiyada terror aktının qarşısı alındı: Təyyarəni yandırmaq istəyən gənc saxlanıldı

Bu gün, 10:28           
Rusiyada terror aktının qarşısı alındı: Təyyarəni yandırmaq istəyən gənc saxlanıldı
Şimali Osetiyada "Vladiqafqaz" hava limanı ərazisində Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları terror aktının qarşısını alıblar. Xüsusi təyinatlılar təyyarəni yandırmaq istəyən 25 yaşlı gənci saxlayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə FTX-nin Şimali Osetiya-Alaniya Respublikası üzrə İdarəsindən məlumat verilib.

Məlum olub ki, gənc uzun müddətdir sosial şəbəkələrdə şübhəli və zorakılıq məzmunlu paylaşımlarla maraqlanıb. O, cinayətkar niyyətlərini reallaşdırmaq üçün xüsusi pirotexniki vasitələr əldə edib və hava limanının aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşını terror fəaliyyətində iştirak etməyə razı salmağa cəhd göstərib.

Təhlükəsizlik qüvvələri onun planından vaxtında xəbər tutublar. Təyyarədə sərnişinlər olarkən baş verə biləcək faciənin qarşısı alınıb.

Gənc barəsində "Terror aktına hazırlıq" və "Terror fəaliyyətinə köməklik" maddələri üzrə cinayət işi açılıb. Birinci maddəyə görə ona 20 ilədək, ikinci maddəyə görə isə 15 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Hazırda gənc istintaq təcridxanasına yerləşdirilib və araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru