Qardaşına 6 milyonluq villalarını verdi – Barışdılar

Bu gün, 11:34           
Qardaşına 6 milyonluq villalarını verdi – Barışdılar
Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz və qardaşı Ərcan Dəniz arasındakı qalmaqal səngiyib.

CNN Türk xəbər verir ki, Özcan Dənizin 6 milyon dollar dəyərində iki villasını qardaşına verməsi onların arasındakı soyuq münasibətə son qoyub.

Barış xəbərini müğənninin anası Kadriye Dəniz açıqlayıb: “Özcan Ercana iki villa verib, protokol imzalanıb. Hazırda Aydına qayıtmışam, hələ də müalicəm davam edir”.

Xatırladaq ki, bir müddət əvvəl Özcan Dənizlə böyük qardaşı Ərcan Dəniz arasında mülk üstündə qalmaqal yaşanıb, onlar məhkəmədə qarşılıqlı olaraq bir-birlərinə qarşı müxtəlif iddialar qaldırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru