Ukrayna Britaniyadan təxminən 1 milyard dollar alıb

15-04-2025, 11:45           
Ukrayna Britaniyadan təxminən 1 milyard dollar alıb
Aprelin 14-də Böyük Britaniya dondurulmuş Rusiya aktivlərindən istifadə edərək “G7”nin kredit mexanizmi çərçivəsində Ukraynaya 752 milyon funt sterlinq (990 milyon ABŞ dolları) göndərib.

Sfera.az bildirir ki, Böyük Britaniyanın Ukraynaya son tranşı 2,26 milyard funt sterlinq məbləğində planlaşdırılan üç ödənişdən ikincisidir. Birinci trans martın 6-da baş tutub və 752 milyon funt sterlinq təşkil edib.

Qalan vəsaitin 2026-cı ildə ödənilməsi planlaşdırılır.

“Dünya gözlərimizin önündə dəyişir, qlobal qeyri-sabitlik, xüsusən də Rusiyanın Ukraynaya qarşı aqressiyası ilə yenidən formalaşır”, - Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru