Oman ABŞ-İran danışıqlarının dördüncü raundu üçün yeri açıqlayacaq

Bu gün, 10:14           
Oman ABŞ-İran danışıqlarının dördüncü raundu üçün yeri açıqlayacaq
ABŞ və İran arasında yaxınlıq üzrə danışıqların dördüncü raundunun yeri İslam Respublikasının nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli prosesində vasitəçi kimi çıxış edən Oman hakimiyyəti tərəfindən elan ediləcək.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“Növbəti tur böyük ehtimalla şənbə günü baş tutacaq. Oman hökuməti bütün detalları həll edir. Danışıqların yeri də daxil olmaqla, bütün məlumatları hər iki tərəfə çatdıracaqlar”, - deyə XİN rəhbəri İran dövlət televiziyasında bildirib.

ABŞ və İran arasında dialoqun üçüncü raundu şənbə günü Maskatda başa çatıb. Yüksək səviyyəli siyasi danışıqlara paralel olaraq Omanın paytaxtında respublikanın nüvə proqramı üzrə potensial sazişin detallarını müzakirə edən ekspertlərlə texniki məsləhətləşmələr aparılıb.

Siyasi danışıqlarda İran nümayəndə heyətinə Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib. Texniki məsləhətləşmələrdə ekspert qrupuna Dövlət Departamentinin Siyasət Planlaşdırma direktoru Maykl Anton rəhbərlik edib. Məşvərət toplantısında İranı xarici işlər nazirlərinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi təmsil edib.

Omanın xarici işlər naziri Bədr əl-Busaidi danışıqların gələn həftə davam etdiriləcəyini bildirib. Növbəti yüksək səviyyəli görüşün ilkin olaraq mayın 3-də keçirilməsi planlaşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.